Lionel Messi "İnter Mayami"nin "Nyu-York Red Bulls"a qarşı MLS oyununda məhsuldarlıq göstərə bilməyib.
Offsideplus.az xəbər verir ki, 56-cı dəqiqədə meydana daxil olan argentinalı hücumçu nə qol, nə də assistlə yadda qalıb. Bununla da Messinin ardıcıl 13 oyunda qol və ya assist seriyası başa çatıb. Bu müddətdə o, 14 qol və 7 assistlə ümumilikdə 21 məhsuldar xal toplayıb. Cari MLS mövsümündə Messi 28 oyunda 25 qol və 12 assistlə bombardirlər yarışında liderliyini qoruyur. 23 oktyabrda isə o, İspaniyada Asturiya şahzadəsi mükafatına layiq görülüb.


