İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill Kou Palmerin "Tottenhem"lə oyunda meydandan qovulmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın qarşılaşmasında "Çelsi"nin yarımmüdafiəçisi 71-ci dəqiqədə hesab 0:0 olarkən Mateuş Fernandeşi diz ilə itələdiyinə görə sarı vərəqə alıb. 80-ci dəqiqədə isə hakim Kris Kavana Palmeri Konor Qallaqerə qarşı kobud oyuna görə ikinci sarı vərəqə ilə cəzalandırıb.

Nevill bildirib: "Palmer özünü itirdi. Fernandeşlə insidentdən cəmi beş dəqiqə sonra belə hərəkət etmək sadəcə ağılsızlıqdır. O, rəqibə qarşı tikanlı ayaqqabı ilə müdaxilə etdi və nə etdiyini yaxşı bilirdi. Bu, pis və yaraşmayan bir hərəkətdir. O, kifayət qədər təcrübəlidir ki, belə şeyləri başa düşsün".

Birinci sarı vərəqə barədə isə Nevill qeyd edib: "Palmer bunu niyə etdi? Bu reaksiyanın səbəbi aydın deyil. Fernandeş topu əllə oynadı və bu, açıq-aşkar sarı vərəqə idi. Palmerin davranışı ağılsız görünür. O, özü-özünü çətin vəziyyətə salır".