UFC prezidenti Dana Uayt Rusiyada yenidən turnir təşkil olunmasının mümkünlüyü barədə danışıb. O bildirib ki, bu barədə hələlik heç bir müzakirə aparılmayıb, lakin Rusiyada UFC tədbirinin keçirilməsi məntiqlidir.

Offsideplus.az xəbər verir ki, UFC-nin Rusiyada son turniri 9 noyabr 2019-cu ildə baş tutub. Dana Uayt həmçinin Aleksandr Volkovun titul döyüşünə çıxacağına dair zəmanət verməyib. "Onun çıxışı yaxşı idi. Gələcəkdə nə olacağını görəcəyik", – deyə Uayt əlavə edib.