Misli Premyer Liqasında IX turunda "Sabah" və "Qarabağ" üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, bu komandaların ötən mövsümkü qarşılaşmalarınd maraqlı mübarizəyə şahid olmuşduq.

"Sabah" bu oyunla birlikdə Mərdəkanda debüt edəcək.

"Sabah" 19 xalla liderdir. "Qarabağ" isə 17 xalla üçüncü yerin sahibidir.

MPL, IX tur

25 oktyabr (bazar)

18:00 “Sabah” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Dalğa Arena”