"Neşvill" ABŞ-da keçirilən MLS-in əsas mərhələsini tarixində ilk dəfə birinci pillədə başa vurub.
Offsideplus.az xəbər verir ki, "Neşvill" səfərdə "Monreal"i 2:0 hesabı ilə məğlub edərək 31 oyundan sonra xallarını 70-ə çatdırıb və üç tur qalmış ümumi cədvəldə liderliyi təmin edib.
"Nyu-İnqlnd Revolyuşn", "Vankuver" və Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin hər birinin 55 xalı var. Lakin əlavə göstəricilərə görə "İnter Mayami" dördüncü yerdə qərarlaşıb.
"Neşvill" MLS-də 2020-ci ildən çıxış edir və həmin il "İnter Mayami" də liqada debüt edib. Ötən mövsüm "Neşvill" ABŞ Açıq Kubokunun qalibi olub.


