UFC-nin yüngül çəki dərəcəsində çempionu İslam Maxaçevin meneceri Ali Abdel-Aziz, Karlus Pratesin tənqidlərinə münasibət bildirib. O, Maxaçevin UFC 336-da döyüşməkdən imtina etməsinə görə Pratesin ünvanına sərt sözlər deyib.

Offsideplus.az xəbər verir ki, Abdel-Aziz açıqlamasında bunları qeyd edib: "Sən titul iddiaçısısan, İslam isə çempion və bəlkə də öz nəslinin ən böyük döyüşçüsüdür. Az danış, çünki o səni pis vəziyyətdə qoyacaq. Sizin heç biriniz onun irsini artıra bilməzsiniz. O, bu idmanı sevdiyi və azarkeşlər üçün döyüşür".

Qeyd edək ki, UFC rəhbərliyi Maxaçev – Prates qarşılaşmasını UFC 336-da təşkil etmək istəsə də, İslam bu tarixdə döyüşməkdən imtina edib. Prates müvəqqəti kəmər uğrunda Maykl Moraleslə döyüşəcək. Hazırda Maxaçev Moskvada istirahət edir, onun ən təhlükəli rəqibləri isə bir-biri ilə qarşılaşacaq.