AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edərək burada yaradılan şəraitlə tanış olub və Azərbaycan – Andorra matçını izləyib.
Offsideplus.az xəbər verir ki, millimizin 1:0 hesablı qələbəsi ilə başa çatan görüş tribunada böyük coşqu ilə qarşılanıb.
Eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verən kompleksdə yeni quraşdırılmış peşəkar işıqlandırma sistemləri sayəsində matçlar axşam saatlarında da davam edir.
Gənc futbolçuların beynəlxalq təcrübə qazanması baxımından mühüm əhəmiyyət kəsb edən "FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026" oktyabrın 30-da başa çatacaq.
Turnirin həlledici oyunları "Bakı Kristal Zalı"nda təşkil olunacaq.


