Formula 1 üzrə dünya çempionatının 18-ci mərhələsi olan ABŞ Qran-prisinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, Ostin şəhərində keçirilən 56 dövrəlik yarış "Mersedes"in pilotu Andrea Kimi Antonellinin qələbəsi ilə başa çatıb.
Finiş xəttini ikinci sırada "Ferrari"nin sürücüsü Şarl Lekler (+13.078 saniyə), üçüncü pillədə isə "Red Bull"un dördqat dünya çempionu Maks Ferstappen (+17.485 saniyə) keçib.
Mərhələni Corc Rassell 8-ci, Lyuis Hemilton isə 4-cü sırada tamamlayıb. Bu nəticələrin ardından hər iki britaniyalı pilot riyazi olaraq çempionluq uğrunda mübarizə şanslarını qoruyub saxlayıblar.
Beləliklə, titula sahib olacaq sürücünün adı Meksika Qran-prisində bəlli olacaq.


