Formula 1 rəhbərliyi Afrikada Qran-prinin təşkili üçün 10 illik müqavilə imzalandığını rəsmən açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, yarışlar Ruandanın Bugesera bölgəsində keçiriləcək.

İlk yarışın FİA-nın ən yüksək kateqoriyasına layiq görüləcək yeni trasın inşasından sonra, yəni 2030-cu ildən sonra gerçəkləşməsi gözlənilir.

Formula 1-in rəhbəri Stefano Domenikali razılaşmanı belə şərh edib:

"Afrikada 100 milyondan çox Formula 1 azarkeşi var və bu rəqəm sürətlə artır. İdmanımızın bu qitəyə qayıdışını uzun müddətdir ki, səbirsizliklə gözləyən azarkeşlərimizə həyəcan və enerji bəxş edirik. Yeni mərhələni səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Formula 1 yarışları 1993-cü ildən bəri Afrika qitəsində təşkil olunmurdu.