Maks Verstappen “Formula-1” üzrə dünya çempionatının 2026-cı il mövsümünün 17-ci mərhələsi olan Sinqapur Qran-prisində birinci yeri tutub.

Offsideplus.az xəbər verir ki, “Red Bull”un niderlandlı pilotu finiş xəttini hamıdan əvvəl keçərək mövsümdə ardıcıl ikinci qələbəsini əldə edib.

“Ferrari”ni təmsil edən monakolu Şarl Lekler yarışı ikinci, “Mercedes”in italiyalı sürücüsü Kimi Antonelli isə üçüncü sırada tamamlayıb.

Dördqat dünya çempionu Ferstappen karyerasında ilk dəfə Sinqapur Qran-prisinin qalibi adını qazanıb.

Pilotların ümumi sıralamasında 340 xalla Kimi Antonelli liderliyini davam etdirir. Corc Rassell 238 xalla ikinci, Lyuis Hemilton isə 229 xalla üçüncü yerdə qərarlaşıb.

Konstruktorlar çempionatında da “Mercedes” 578 xalla birinci pillədədir. “Ferrari” 444 xalla ikinci, “McLaren” isə 339 xalla üçüncü sırada yer alır.

Mövsümün növbəti yarışı ABŞ Qran-prisi olacaq. Yarış oktyabrın 23-25-də Texas ştatının Ostin şəhərində keçiriləcək.