“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Slaviya” (Praqa) ilə keçirəcəyi oyuna böyük maraq var.
Offsideplus.az xəbər verir ki, qarşılaşmaya indiyədək 50 min bilet satılıb. Bu barədə saytımıza “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Qeyd edək ki, “Sabah” – “Slaviya” matçı oktyabrın 13-ü saat 20:45-də keçiriləcək.


