Ötən gün Misli Premyer Liqasının 7-ci turunun mərkəzi qarşılaşmasna şahidlik etdik. Söhbət “Neftçi” - “Sabah” oyunundan gedir.
Paytaxtı təmsil edən, çempion olmaq istəyən iki komandanın oyununu tam olaraq derbi adlandırmaq olardı. 7 mindən çox tamaşaçı qarşılaşmanı canlı olaraq tribunalardan izlədi.
Matçın startından etibarən gərginlik pik səviyyədə idi. İkinci hissədə kuliminasiya nöqtəsini də gördük. Oyunda qol olmasa da, topun qapıdan keçməsinin yoxluğu hiss edilmədi - olduqca dinamik, sürətli, qarşılıqlı hücumlarla keçən görüş oldu.
“Sabah”da 3 futbolçu rotasiya edilmişdi. Söhbət Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikelsdən gedir. Onların üçü də 62-ci dəqiqədə “döyüşə atıldı”. Baş məşqçinin bu həmləsi üç fərqli amillə bağlı ola bilər: milli komandaların düşərgəsindən yorğun qayıdan futbolçuları qorumaq, matçın gedişində təzyiqi artırmaq və ya qarşıdakı "Slaviya" oyunu öncəsi aparıcı oyunçuların gücünə qənaəti etmək. Bu barədə Offsideplus.az-ın əməkdaşı cənab Valdas Dambrauskasa verdi. Litvalı mütəxəssis isə 20 gün ərzində birgə məşq etdikləri, daha çox bələd olduğu oyunçulara şans verdiyini bildirdi.
Bu oyun haqda çox danışmaq olar. İstər atmosferdən, istər oyuna maraqdan, istərsə də görüşün dinamikasından. Bir sözlə, qoldan başqa hər şey gördük. Təki belə oyunların sayı çox olsun.


