"Yuventus" klubu Nikolas Qonsaleslə yeni müqavilə imzaladığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı argentinalı cinah oyunçusu ilə müqavilənin müddəti 30 iyun 2030-cu ilədək uzadılıb. Qonsales 2024-cü ildən Turin təmsilçisinin formasını geyinir. O, ötən mövsümü icarə əsasında "Atletiko"da keçirib. Cari A Seriyasında Qonsales 4 oyunda iştirak edib və 1 qol vurub.