Misli Premyer Liqasının VII turunda bu gün “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, "Sumqayıt" ilk qələbəsini qazanmaq istəyir.

"Qəbələ"də isə yeni baş məşqçi Yeton Bekiri bu oyunda yeni komandasında debüt edəcək.

MPL, VII tur

10 oktyabr (şənbə)

19:30 “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Murad Səlimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Anar Şixəliyev

“SOCAR Polymer Arena"