Misli Premyer Liqasında VII turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Zirə" "Şamaxı"nı qəbul edəcək.
"Zirə" 3 turdur qələbə qazana bilmir. Onlar bu görüşdə uğursuz seriyanı qırmağa çalışacaq.
"Şamaxı" isə 5 turdur məğlubiyyət üzü görməyib.
Qarşılaşma saat 17:00-da start götürəcək.
MPL, VII tur
10 oktyabr (şənbə)
17:00 “Zirə” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zirə İdman Kompleksinin stadionu


