Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşun hüquqşünası Luis Miqel Enrike Kriştiano Ronaldu ilə yaşanan gərginlik barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Enrike bildirib ki, Jezuş məqsədlərinə çatmaq üçün komandanın hər bir üzvünün vacib olduğunu yaxşı anlayır və heç bir şəxs ümumi məqsəddən üstün ola bilməz. O qeyd edib ki, Kriştiano Ronaldu Portuqaliyanın əsas simvoludur, ən böyük dəyəridir və onun nailiyyətlərinə çatan ikinci bir insan yoxdur. Lakin ətrafdakıların daim ona güzəşt etməsi yalnız Ronaldunun özünə zərər verir.
Enrike əlavə edib: "Həqiqət Jezuşun tərəfindədir, heç nə onun dünya çempionluğunu qazanmaq məqsədindən yayındıra bilməz. Ədalətli, cəsarətli və fədakar olmayan lider yoxdur".


