Coş Hokit Aleks Pereyranın tənqidlərinə sərt reaksiya verib. O bildirib ki, Pereyra artıq əvvəlki kimi təsirli deyil və hətta BMF kəmərinə layiq olmadığını düşünür.
Offsideplus.az xəbər verir ki, Hokit sosial şəbəkədə belə yazıb: "Bilmirdim, auranı itirmək insanın intellektinə bu qədər təsir edir. Sən hətta BMF kəmərinə də layiq deyilsən. Onlar kiçik bir nəfəsi sevməyi üstün tutdular, bütün aurasını itirmiş bir sehrbazı yox. Ümid edirəm, Sergey səni də komanda yoldaşın kimi ağır şəkildə məğlub etməz". Qeyd edək ki, Aleks Pereyra 13 dekabr tarixində UFC 335 turnirində Sergey Pavloviçlə qarşılaşacaq. Pereyra daha əvvəl Hokit və Qan döyüşünü də tənqid etmişdi.


