Misli Premyer Liqasının VII turunda "Qarabağ" səfərdə "İmişli" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

59-cu dəqiqədə Aleksey Kaşuk hesabı açıb. 88-ci dəqiqədə Jali Muaddib fərqi iki topa çatdırıb.

Qeyd edək ki, "Qarabağ" 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 4 xalı olan "İmişli" isə doqquzuncu yerdədir.