Premyer Liqanın 115 maliyyə qayda pozuntusu ittihamı ilə üz-üzə qalan "Mançester Siti" hüquqi müdafiə heyətini dünyanın ən nüfuzlu və baha başa gələn vəkillərindən biri olan Mark Hovard ilə gücləndirib.
Offsideplus.az xəbər verir, Böyük Britaniya hüquq sisteminin ən qalmaqallı və iri həcmli işlərinə baxan Hovard, İngiltərə çempionunun Premer Liqaya qarşı apardığı tarixi məhkəmə prosesində əsas simalardan biri olacaq.
Mark Hovardın profili və diqqətçəkən təfərrüatlar:
- Tarixi qonarar rekordu: Mark Hovard 2023-cü ildə baxdığı müstəqil bir məhkəmə işinə görə aldığı 9 milyon funt-sterlinq qonararla tək bir məhkəmə işi üçün vəkilə ödənilən ən yüksək məbləğ rekorduna sahibdir.
- Məşhur keçmiş müştəriləri: Britaniya hüquq dünyasının "ən sərt vəkili" kimi tanınan Hovard dahi sənətçi Elton Con və "Çelsi"nin keçmiş sahibi Roman Abramoviç kimi milyarder və məşhur şəxsləri məhkəmələrdə uğurla müdafiə edib.
- Məhkəmə strategiyası: "Mançester Siti" Lord Pannik ilə yanaşı Mark Hovardı da prosesə cəlb edərək Premyer Liqa rəhbərliyinin irəli sürdüyü iddiaları tamamilə rədd etmək və ehtimal olunan cəzaların qarşısını almaq niyyətindədir.


