Rusiyalı UFC ağır çəkili döyüşçüsü Aleksandr Volkov amerikalı Cosh Hokitin onun döyüşləri barədə dediyi fikirlərə münasibət bildirib. Hokit zarafatla qeyd etmişdi ki, Volkovun döyüşləri yuxusuzluqdan əziyyət çəkənlərə məsləhət görülür.

Offsideplus.az xəbər verir ki, Volkov bu barədə belə danışıb: "Bu əladır. Dünyada yuxusuzluqdan əziyyət çəkən çox insan var. Yuxuya getmək üçün məsləhətlər verilən videolar milyonlarla baxış toplayır. Hətta Hokitin döyüşlərindən daha çox. YouTube-da yuxu üçün musiqi və ya video axtarsanız, milyonlarla baxış görərsiniz. Əgər döyüşlərim insanlara kömək edirsə, mən yalnız sevinirəm". Volkov növbəti döyüşünü 24 oktyabrda UFC 333-də Rizvan Kunievə qarşı keçirəcək. O, Hokitin yumor hissəsini də yüksək qiymətləndirib və əlavə edib ki, belə zarafatlar ona məktəb illərini xatırladır.