UFC-nin keçmiş çempionu Aleks Pereyra təşkilatın Siril Qan və Coş Hokitin döyüşünü azarkeşlərə qəbul etdirmək üçün xüsusi addımlar atdığını bildirib. O qeyd edib ki, özü kəmər uğrunda döyüşmək istəsə də, bu imkan ona verilməyib və nəticədə Qan–Hokit qarşılaşması təşkil olunub.
Offsideplus.az xəbər verir ki, Pereyra bu qərarın ən yaxşı seçim olmadığını düşünür. Onun sözlərinə görə, UFC rəhbərliyi azarkeşlər arasında sorğu keçirildiyini və Qan–Hokit döyüşünün istənildiyini desə də, açıqlamadan sonra heç bir xüsusi maraq görməyib. Pereyra əlavə edib ki, Danyel Kormye və digər blogerlər UFC-nin təlimatı ilə bu döyüşü təbliğ ediblər. "Kormye mənə dedi ki, əgər Qanı məğlub etsəm, tamhüquqlu çempion olmayacağam. Onun bu fikri mənasızdır və o, Qan–Hokit döyüşünün ən yaxşı variant olduğunu iddia edənlərdəndir," – deyə Pereyra bildirib. Qan və Hokit 15 noyabrda UFC 334-də, Pereyra və Sergey Pavloviç isə 13 dekabrda UFC 335-də qarşılaşacaqlar.


