Azərbaycanın qadın güləşi üzrə milli komandası dünya çempionatına hazırlığın son mərhələsi üçün Qazaxıstana yollanıb.
Offsideplus.az xəbər verir ki, böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan ibarət heyət Almatıda təlim-məşq toplanışına başlayıb.
Oktyabrın 24-dək davam edəcək hazırlıq Qazaxıstan və Rumıniya yığmaları ilə birgə keçirilir. U-23 dünya çempionatından sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da komandaya qoşulacaq.
Hazırlıq tamamlandıqdan sonra milimiz yarışın keçiriləcəyi Astanaya yola düşəcək.
Qeyd edək ki, dünya çempionatında qadın güləşçilərin mübarizəsi oktyabrın 27-dən 30-dək tutacaq.


