ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə ilk yarış günü arxada qalıb.

Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Əliyev Polşa, Qırğızıstan və Özbəkistan təmsilçilərinə üstün gələrək ardıcıl ikinci il U-23 dünya çempionatının finalına vəsiqə qazanıb.

O, həlledici görüşdə qazaxıstanlı Aybek Aytbekovla üz-üzə gələcək.

Digər təmsilçilərimizdən Məhəmməd Şükürzadə (67 kq) və Fərid Xəlilov (72 kq) rəqiblərinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərdə bürünc medal şansını davam etdirəcəklər.

Elmin Əliyev (82 kq) 1/4 finalda məğlub olub, İsmayıl Rzayev (97 kq) isə zədə səbəbindən yarışdan çəkilib.