İngiltərənin tanınmış televiziya aparıcısı və "Arsenal" azarkeşi Pirs Morqan "Mançester Siti"nin "Liverpul" üzərində 3:0 hesablı qələbəsindən sonra komandanın sevincini tənqid edib.

Offsideplus.az xəbər verir ki, Morqan "Etihad" təmsilçisinin futbolçuları və azarkeşlərinin davranışını kəskin şəkildə qınayıb. O bildirib ki, "Mançester Siti" sanki heç vaxt dünya futbolunun ən böyük maliyyə qalmaqalında günahkar bilinməyibmiş kimi sevinirdi. Morqan bu mənzərəni "iyrənc tamaşa" adlandırıb və Premyer Liqanın bu vəziyyətdə gülünc göründüyünü vurğulayıb.

Xatırladaq ki, müstəqil komissiya "Mançester Siti"ni 2009-2018-ci illər arasında maliyyə qaydalarını 114 dəfə pozmaqda günahkar bilib. Klub bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib.

Verilişin digər qonağı, məşhur futbol jurnalisti Oliver Holt isə qeyd edib ki, "Mançester Siti"nin oyunçuları meydanda sanki özlərini günahsız kimi aparırdılar. O, klubun tarixdə ən böyük maliyyə fırıldağında günahkar sayıldığını və bu qalmaqalın Premyer Liqanın nüfuzuna ciddi zərbə vurduğunu bildirib.

Holt əlavə edib ki, "Mançester Siti"nin günahı Pep Qvardiolanın İngiltərədə qazandığı bütün uğurlara kölgə salır və klubun son illərdə əldə etdiyi titulların ləğv edilməli olduğunu vurğulayıb.