AFFA İntizam Komitəsinin iclası baş tutub.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının sonuncu - XV turu ilə bağlı iclasda qərarlar qəbul olunub.

"Qarabağ" klubu azarkeşlərinə görə cərimələnib. Ağdam təmsilçisi "Araz-Naxçıvan"la matçda azarkeşləri pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb.

"Araz-Naxçıvan" da cərimə ödəməli olacaq. Onlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək.

"Kəpəz" də eyni cəza ilə üzləşib. "Qəbələ" ilə oyunda Gəncə təmsilçisinin 4 oyunçusu sarı vərəqə ilə cəzalanıb.

Eyni oyunda "Qəbələ"nin futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə "qırmızı-qaralar" 1000 manat ziyana düşüb.

"Turan Tovuz" – "Sabah" oyununda 7 üzvü sarı vərəqə aldığı üçün "bayquşlar" 700 manat cərimələnib.

"Karvan-Yevlax" və "Sumqayıt" da eyni səbəbə görə 700 manat cərimələnib.