"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Benin yığmasına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunda çıxış edəcək.

Benin milli komandası D qrupunda Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə mübarizə aparacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən yanvarın 18-nə qədər keçiriləcək.