Lukas Şevalye artıq PSJ-nin əsas qapıçısı olmaya bilər.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi artıq Matvey Safonov və Şevalye arasında fərq qoymur.
Hansı yaxşı olsa, meydanda o olacaq.
Bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
Şevalye bu ilin yayında PSJ klubuna transfer olunub. O, cari mövsüm 20 oyunda meydanda olub və 8 görüşdə qapısını qola bağlamağı bacara bilib.



