“Everton”un fransalı hücumçusu Tierno Bari bu həftəsonu “Arsenal”la oynanan Premyer Liqa matçında (2-0 hesabı ilə məğlubiyyət) iki dostunu qonaq tribunasında yerləşdirmişdi.

Offsideplus.az xəbər verir ki, matçın sonunda “Everton” azarkeşləri Bari-nin dostlarını Arsenal-in qollarına sevindikləri şübhəsi ilə döyməyə başladılar.

Bari öz Instagram hesabında hadisənin videosunu paylaşıb və yazır: “Bu cür davranış stadiona yaraşmır. Dostlarımı oyundan zövq almaq üçün gətirmişdim, amma bir neçə axmaq insan hər şeyi korladı”.

O əlavə edib ki, hücuma məruz qalan dostları və digər insanlar “Everton” azarkeşlərinin qisasından qorxduqları üçün “Arsenal” klubunun təhlükəsizlik qrupu və polis tərəfindən stadiondan çıxarılıb.

Bəzi sosial şəbəkə istifadəçiləri (X və digər platformalarda) Barini tənqid edir:
“Dostlarını Arsenal forması geyindirib Everton tribunasında qoymaq və Arsenal qollarına sevindiklərini görəndə nə gözləyirdi?” - deyə irad tuturlar. Hadisənin səbəbi kimi bu provokasiya göstərilir.