Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə rumıniyalı Leonard Yuraskuyanı 5:4 hesabı ilə məğlub edib.

Bu, Avropa çempionatında Azərbaycanın 5-ci bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) da bürünc medal sahibi olublar.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.