Bu gün 2026-27 mövsümü üzrə UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Azərbaycanı KL-nin I təsnifat mərhələsində "Zirə", II təsnifat mərhələsində isə "Neftçi" təmsil edir. Səpələnmişlər səbətində yer alan "Zirə"nin rəqibi bu gün bəlli olub, "Neftçi"nin isə 17 iyundakı püşkatmada müəyyənləşəcək.
"Zirə"nin rəqibi “Torpedo” (Gürcüstan) komandası olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin ilk qarşılaşması 9 iyulda, cavab oyunu isə 16-da baş tutacaq.


