Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutub.
Püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibi müəyyənləşib. "Ağ-qaralar"ın rəqibi "Dinamo Minsk" - "Sileks" cütünün qalibi olacaq. İlk oyun Bakıda, cavab matçı səfərdə keçiriləcək.
Çempionlar Liqasının I təsnifat mərhələsi üzrə "Sabah" - TNS cütünün məğlubu, Konfrans Liqasında "Flora Tallin" - "İberia Tbilisi" cütünün məğlubu ilə qarşılaşacaq.
Avropa Liqasının I təsnifat mərhələsi üzrə "Qarabağ" - Vestri cütünün məğlubu, Konfrans Liqasında "Qlentoran" - RFS cütünün qalibi ilə oynayacaq.
"Zirə" isə Konfrans Liqasında mərhələ adlasa, "Hegelmann" - "Payde" cütünün qalibi ilə üz-üzə gələcək.


