İngiltərə millisinin və "Bavariya Münhen"in hücumçusu Harri Keyn alman dili öyrənməkdə əldə etdiyi irəliləyişlərdən danışıb.
Offsideplus.az xəbər verir ki, bu gün Keyn "Bavariya Münhen"lə müqaviləsini 2029-cu ilə qədər uzadıb. Futbolçu Almaniya klubunda 2023-cü ilin yayından çıxış edir.
Keyn bildirib: "Bilirdim ki, bu sual veriləcək (gülür). Ümid edirəm, növbəti üç ildə ilk üç ildəkindən daha çox öyrənəcəyəm. Dil müəllimimiz Maksla məşqləri necə gücləndirə biləcəyimizi müzakirə etmişik. Əsas məsələ inamdır: sadəcə danışmağa başlamaq lazımdır. Artıq əvvəlkindən daha çox başa düşürəm və öyrənməyə davam edirəm. Mənim üçün əsas odur ki, bir addım atım, daha çox ünsiyyət qurum, səhv etməkdən və başqalarının reaksiyasından qorxmayım. Bunu tez-tez deyirəm, amma ümid edirəm, elə bir an gələcək ki, alman dilində bir-iki müsahibə verə biləcəyəm. Düşünürəm ki, bu, azarkeşlərin və klubdakı hər kəsin xoşuna gələcək. Ona görə də öyrənməyə davam edirəm və ümid edirəm, yaxın vaxtlarda buna nail olacağam".


