Luka Donçiç "Sakramento Kinqs"lə səfər oyununda tribunadakı azarkeşin davranışından narazı qalıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşma zamanı ön sırada əyləşən tamaşaçı topu qəfil şəkildə qadın hakimə atıb. Donçiç bu hərəkətə dərhal etiraz edib və sərt ifadə işlədib.
Təhlükəsizlik xidməti həmin azarkeşi zalı tərk etməyə çağırıb. Məlumata görə, Donçiç insidentə diqqət çəkərək mühafizəçilərə müraciət edib.


