PSJ Madrid “Real”ının futbolçusu Arda Güləri transfer etmək üçün 200 milyon avro təklif edə bilər.

Offsideplus.az xəbər verir ki, Fransa klubu türkiyəli yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. Lakin PSJ-nin bu məbləğdə rəsmi təklif göndərdiyi, tərəflər arasında danışıqların aparıldığı və ya razılıq əldə olunduğu təsdiqlənməyib. “Dailysports” da 200 milyon avro ilə bağlı məlumatın təsdiqlənməmiş şayiə olduğunu vurğulayıb.

Avqust ayında “Fichajes” PSJ-nin Arda Gülər üçün 115 milyon avroluq təklif göndərdiyini iddia etmişdi. Ancaq həmin məlumat da müstəqil şəkildə təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabrın 5-də “AS” nəşri 21 yaşlı futbolçunun “Real”la müqaviləsini 2031-ci ilə qədər uzatmaq barədə razılığa gəldiyini yazıb. Arda Gülər 2023-cü ildə “Fənərbağça”dan Madrid klubuna keçib.