Braziliyalı cinah oyunçusu Rafinya "Barselona" ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, tərəflər arasındakı yeni razılaşma 2030-cu ilə qədər qüvvədə olacaq. Rafinya 2022-ci ildən "Barselona"da çıxış edir. O, cari mövsümdə klub və Braziliya millisinin heyətində 24 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.