"Qarabağ" klubunda növbəti ayrılıq yaşanmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, komandanın aparıcı oyunçularından Marko Yankoviç klubdan gedir. Monteneqrolu yarımmüdafiəçi Türkiyə Super Liqasının "Çorum" klubunda forma geyinə bilər. Tərəflər arasında danışıqlar başlayıb.
Bu barədə türkiyəli jurnalist Reşat Can Özbudak məlumat yayıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2022-ci ildən "Qarabağ"ın formasını geyinir.


