"Milan" klubu yay transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün ciddi addımlar atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisinin əsas hədəflərindən biri "Paris Sen-Jermen"in portuqaliyalı hücumçusu Qonsalo Ramosdur.
"Milan" rəhbərliyi gənc forvardu komandaya keçməyə razı salmaq üçün ona mövsümlük təxminən 5 milyon avro maaş təklif etmək niyyətindədir.
Digər tərəfdən, "Paris Sen-Jermen" klubu portuqaliyalı futbolçunun gedişinə icazə vermək üçün masa arxasına əyləşməyə hazırdır.
Paris təmsilçisi bu transferdən təxminən 40 milyon avro gəlir əldə etmək istəyir. Tərəflər arasında rəsmi danışıqların yaxın vaxtlarda başlayacağı gözlənilir.


