“Qarabağ” bu gün hazırlığının ikinci mərhələsi üçün Avstriyaya yollanıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Elvin Cəfərquliyev də yay hazırlığı üçün ölkəni tərk edib.
"Qarabağ" iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
View this post on Instagram


