“Tottenhem” “Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandeşi transfer etməyə hazırlaşır.
Offsideplus.az “The Athletic”ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Roberto De Zerbi Mateuşun transferində israrlıdır.
21 yaşlı futbolçunun klubla hazırkı müqavilə müddəti 2030-cu ilin yayına qədərdir. Portuqaliya millisinin üzvünün transfer dəyəri 50 milyon avrodur.


