"Qalatasaray"ın baş məşqçisi Okan Buruk yeni mövsüm üçün transfer planlarını rəhbərliyə təqdim edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin heyətində görmək istədiyi əsas futbolçu Can Uzundur. Klub prezidenti Dursun Özbək isə məşqçinin istəyini reallaşdırmaq üçün ciddi addım atmağa hazırlaşır.
"Qalatasaray" 2026-cı il Dünya Çempionatından sonra Can Uzunun transferi üçün Almaniya klubuna 30 milyon avro və bonuslardan ibarət rəsmi təklif göndərəcək. Rəhbərlik futbolçunu komandanın gələcəyi üçün vacib transfer hədəflərindən biri hesab edir.


