Almaniya millisinin futbolçusu Niko Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxmalı olacaq.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçiyə sol topuğunda bağ yırtığı diaqnozu qoyulub.
O, ən azı 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, oyunçu Fildişi Sahilini məğlub etdikləri E qrupunun II turunun matçında zədə alıb. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.


