Qazaxıstan Futbol Federasiyası (KFF) millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin istefası qəbul olunub.
Talqat Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasına baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.


