İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz"un müraciəti ilə bağlı qərarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, UEFA Appelyasiya Orqanının klub haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.

15 iyun tarixində verilən qərara əsasən, Tovuz təmsilçisi vəsiqə qazandığı UEFA Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə iştirak etməyəcək.