Futbol üzrə dünya çempionatında İspaniya və Kabo Verde yığmaları arasında keçirilən H qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, afrikalıların heyətində qapıçı Vozinya oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, qolkiper görüş ərzində bir neçə dəfə komandasını real qol vəziyyətindən xilas edib. Matç 0:0 hesabı ilə yekunlaşıb.


