19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027-ci illər mövsümü üzrə II seçmə mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda qərarlaşan millimiz Serbiya, Monteneqro və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu qrupun oyunları cari ilin 11-17 noyabr tarixlərində Serbiyada təşkil olunacaq.