Türkiyə 1-ci Liqasında 8-ci turun qarşılaşmaları baş tutur.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun formasını geyindiyi "Bursaspor" növbəti matçına çıxıb. Bursa təmsilçisi səfərdə "Batman Petrolspor"un qonağı olub və 2:1 hesablı qələbə qazanıb.
Milli üzvümüz qarşılaşmaya ilk 11-likdə başlasa da, cəmi 36 dəqiqə meydanda qala bilib. Meydan sahibləri 1:0 öndə olduğu məqamda baş məşqçi eyni anda iki oyunçunu, o cümlədən Toralı əvəzləyib.
Qarşılaşmanın əvvəllərində əvəzlənən digər futbolçu Halil Akbunar isə zədələndiyi üçün oyunu davam etdirə bilməyib.
Uğurlu seriyanı davam etdirən "Bursaspor" bu qələbə sayəsində xallarının sayını 19-a çatdıraraq turnir cədvəlindəki liderliyini qoruyub.


