"Marsel" Fransa Liqa 1-in 5-ci turunda bu gün PSJ-ni qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, qarşılaşma "Velodrom" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Marsel 3 xalla 15-ci yerdədir. Ötən tur ilk qələbəsini qazanan PSJ isə 5 xalla 9-cu yerin sahibidir.


