UFC-nin tanınmış rusiyalı ağırçəkili döyüşçüsü Aleksandr Volkov Siril Qan ilə Coş Hokit arasında keçiriləcək titul qarşılaşmasına münasibət bildirib. Volkov UFC-nin sosial şəbəkələrdə paylaşdığı döyüş anonsunun altına beş gülən simvol əlavə edib və şərhlərdə "Oprikindilər?" sualına "Bəli, elə çıxır" cavabını verib.

Offsideplus.az xəbər verir ki, Siril Qan və Coş Hokit arasındakı döyüş 15 noyabrda UFC 334 turnirində Nyu-Yorkda baş tutacaq. Qan hazırda UFC-nin ağırçəkidə yeni çempionudur və bu döyüşdə tam titulunu müdafiə edəcək.