Rafinya XXI əsrdə İspaniya çempionatının ilk yeddi turunda 10 və ya daha çox qol vuran üçüncü futbolçu olub.

Offsideplus.az xəbər verir ki, buna qədər yalnız Lionel Messi və Kriştiano Ronaldu belə göstəriciyə imza atmışdı. "Barselona"nın braziliyalı hücumçusu bu uğura səfərdə "Sevilya" ilə oyunun 22-ci dəqiqəsində fərqlənməklə nail olub. O, daha sonra iki qol vuraraq qol sayını 12-yə çatdırıb.

Onun hesabında olan qollar liqada 10 komandanın göstəricisindən çoxdur. Braziliyalının aktivində həmçinin 3 məhsuldar ötürmə var.

Qeyd edək ki, sonuncu dəfə bu nəticəyə Lionel Messi 2017/18 mövsümündə çatmışdı. Bundan əvvəl isə bu uğura aşağıdakı futbolçular imza atıb:

Diartə ("Valensiya", 11 qol, 1976/77 mövsümü)Kini ("Sportinq", 12 qol, 1979/80 mövsümü)
Messi ("Barselona", 10 qol, 2011/12 mövsümü)
Kriştiano Ronaldu ("Real Madrid", 13 qol, 2014/15 mövsümü)
Messi ("Barselona", 11 qol, 2017/18 mövsümü)