"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes Rafinyanın "Sevilya"ya qarşı oyunundakı çıxışını yüksək qiymətləndirib.

Offsideplus.az xəbər verir ki, braziliyalı cinah oyunçusu La Liqanın 7-ci turunda het-trikə imza atıb və komandasının 3:1 hesablı qələbəsində əsas rol oynayıb. Ötən turda isə o, "Rasinq"ə qarşı matçda üç qol vurmuşdu (7:2).

Fermin bildirib: "Bəli, o, bir qədər təəccübləndirdi, çünki heç vaxt mərkəz hücumçusu kimi oynamamışdı. Rafinya əla oyunçudur, istənilən mövqeyə uyğunlaşa bilir. Biz ona topu ötürürük, o isə qol vurur".